Tanınmış bakılı yazıçı Moskvada vəfat etdi

MƏDƏNİYYƏT
20:56
31 Mart 2020
89

Tanınmış şair, yazıçı, dramaturq və ssenariçi, həmyerlimiz Leonid Zorin Moskvada vəfat edib.

Sabah.az Azərtac-a istinadən xəbər verir ki, L.Zorin 96 yaşında dünyasını dəyişib.

Leonid Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. O, 50-dən çox pyesin və şeirlər kitabının müəllifidir. Yazıçının ssenarisi əsasında çəkilmiş “Pokrov darvazaları” filmi tamaşaçıların ən çox rəğbətini qazanan ekran əsərlərindəndir.

Xəbər lenti