“Ərimi gec-gec görürəm” - Azərbaycanlı müğənni
Aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz ATV-də Zaur Baxşəliyevin verilişində iştirak edib.
Sabah.az xəbər verir ki, Zaur veriliş əsnasında Sədaqətə ailə həyatı qurması haqda suallar ünvanlayıb. Sənətçi aparıcının "Ərinə qulluq edə bilirsən? Nə olub, aç de" sözlərinə belə cavab verib:
"Görəndə qulluq edirəm. Həyat yoldaşım başqa ölkədə yaşayır. Əvvəl Türkiyədə idi, indi ordan köçüb. Gec-gec görürəm".
Zaur Baxşəliyev isə "Ərindən yaxşı danışmadın, ürəyim açılmadı. Nəsə var" - deyərək fikrinə əlavə edib.
Qeyd edək ki, Sədaqətin Bakıdakı toyu bəy olmadan keçirilmişdi. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi.
Daha çox