Koronavirusa görə bağlanan muzeydən Van Qoqun əsəri oğurlandı
Dünyaca məşhur hollandiyalı rəssam Vinsent Van Qoqun Niderlanddakı "Singer Laren" muzeyindən “Bahar bağı” adlı əsəri naməlum şəxslər tərəfindən oğurlanıb.
Sabah.az xəbər verir ki, soyğunçular koronavirusa görə ziyarətçilər üçün bağlanan muzeyin şüşə qapısını sındıraraq, 1884-cü ildə çəkilmiş əsəri oradan götürərək qaçıblar.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, rəsm əsəri "Groninger" muzeyindən "Singer Laren" muzeyinə icarəyə verilmişdi.
Daha çox