Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu

MƏDƏNİYYƏT
10:29
1 Mart 2023
313

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin əmri ilə bu vəzifəyə Xanlar Ağalarov təyin olunub.

Qeyd edək ki, X.Ağalarov bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

2013-cü illdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirən X. Ağalarov 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. Eyni zamanda Böyük Britaniyanın Kembric Universitetinin dövlət siyasəti ixtisası üzrə magistr proqramını bitirib.

Xəbər lenti