Azərbaycanda yeni mədəniyyət idarələri yaradıldı - Siyahı

MƏDƏNİYYƏT
16:55
23 Fevral 2023
422

Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılır:

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi;

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi;

Qarabağ Regional Mədəniyyət İdarəsi;

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi;

Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;

Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;

Mil–Muğan Regional Mədəniyyət İdarəsi;

Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

Xəbər lenti