Ömər Eldarov vəzifəsindən azad edildi - Yeni təyinat

MƏDƏNİYYƏT
15:22
15 Fevral 2023
589

Prezident İlham Əliyev Xalq rəssamı, akademik Ömər Eldarovla bağlı Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncamla Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Xalq rəssamı Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Ö.Eldarovun 95 yaşı var. O, 2002-ci ildən bu universitetin rektoru idi.

Fotoda Natiq Əliyev

Xəbər lenti