Müşfiq Hətəmov “Space”dən getdi

MƏDƏNİYYƏT
12:09
7 Fevral 2023
332

“Space” TV-də rəhbər dəyişikliyi olub.

Sabah.az xəbər verir ki, bu barədə telekanaldan bildirilib.

Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb.

Onu “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edib.

Qeyd edək ki, M.Hətəmov bu vəzifəyə 2021-ci ilin may ayında təyin olunmuşdu.

Xəbər lenti