Türkiyəli müğənni koronavirusa yoluxdu
Nyu-Yorkda (ABŞ) yaşayan türkiyəli müğənni Demet Sağıroğlu koronavirusa yoluxub.
Sabah.az xəbər verir ki, bu barədə xanım ifaçının özü məlumat verib:
"On gündür xəstəyəm. Əhatəmizdə olan bir neçə nəfərin testi pozitiv çıxdı. Yüksək hərarətdən başqa bütün əlamətlər var. Beş günü ağır keçirdim. Sağalma mərhələsindəyəm. Halsızam".
Daha çox