Mehriban Əliyeva Ömər Eldarovu təbrik etdi

MƏDƏNİYYƏT
11:20
21 Dekabr 2022
335

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı, akademik Ömər Eldarovun 95 illik yubileyi münasibətilə instaqram hesabında paylaşım edib.

Sabah.az xəbər verir ki, o, sənətkarı təbrik edib:

“Hörmətli Ömər Eldarov!

Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN”.

Xəbər lenti