Kino Agentliyinin nizamnamə fondu 100 min təsdiqləndi - Fərman

MƏDƏNİYYƏT
17:25
16 Noyabr 2022
178

Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Sabah.az xəbər verir ki, Fərmanda deyilir:

“1. “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Kino Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 100000 (bir yüz min) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

4.1. Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin”.

Kino Agentliyinin Nizamnaməsi ilə bağlı buradan tanış ola bilərsiniz.

Xəbər lenti