Xalq artisti vəfat etdi

MƏDƏNİYYƏT
12:45
27 Mart 2020
146

"Qaya" Qrupunun bədii rəhbəri Rauf Babayev vəfat edib.

Sabah.az xəbər verir ki, Xalq artisti 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Yusif oğlu Babayev 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən isə "Qaya" Dövlət Ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərib.

Rauf Babayev 2006-cı ildə Xalq artisti fəxri adı ilə, 2017-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Xəbər lenti