Məşhur opera ifaçısı koronavirusa yoluxub

MƏDƏNİYYƏT
00:30
26 Mart 2020
63

İspaniyalı məşhur opera ifaçısı Plasido Dominqo koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə 79 yaşlı sənətçi sosial şəbəkədə bildirib.

Öskürək və titrəmə simptomlarından sonra analiz verən Dominqo test nəticələrinin pozitiv çıxdığını etiraf edib.

Hazırda özünü yaxşı hiss edən ifaçı ailəsi ilə birlikdə karantindədir.