Bakıda gənc qadın bəstəkar qəfil vəfat etdi
Gənc şairə və bəstəkar Sahilə Qurbanova dünyasını dəyişib.
Sabah.az xəbər verir ki, bu barədə müğənni Nərmin Kərimbəyova məlumat verib.
O qeyd edib ki, sənətçi ötən gecə qəflətən vəfat edib:
“Vallah, bilmirəm nə deyim. Gənc istedada “Allah rəhmət etsin” kəlməsi heç yaraşmır. Balaların yetim qaldı, çox heyif səndən”.
Bildirilir ki, S.Qurbanova xəstəlikdən əziyyət çəkirmiş.
Daha çox