Kann Film Festivalı təxirə salındı
Fransada koronavirusun yayılması səbəbindən may ayında keçirilməsi nəzərdə tutulan 73-cü Kann Film Festivalı təxirə salınıb.
Sabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatçıların yaydığı bəyanatda deyilir.
Bildirilir ki, hazırda kinofestivalının bu il iyunun sonuna və ya iyulun əvvəlinə keçirilməsi müzakirə olunur.
"Bu gün biz belə bir qərar verdik: Kann Film Festivalı cədvəli üzrə - mayın 12-dən 23-dək keçirilə bilməz. Hazırda bir neçə variant araşdırılır. Bunlardan əsası tədbirin iyunun sonu və ya iyulun əvvəlinə keçirilməsidir".
Daha çox