Dövlət qurumu “Yallı gedək” “challenge”inə başladı - Koronavirusa görə+Video
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bu çətin günlərdə birlik nümayiş etdirmək məqsədi ilə “Yallı gedək” challenge-inə start verib.
Sabah.az xəbər verir ki, idarədən verilən məlumata görə, təəssüf ki, bu il xalqımızın minilliklər boyu adət-ənənələrə uyğun qeyd etdiyi Novruz bayramını bütün dünyanı bürümüş koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsinin qarşısının alınması üçün görülən tədbirlər nəticəsində kütləvi el şənlikləri ilə qeyd edə bilmirik:
“Yaranmış vəziyyəti nəzərə alaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Dünya Azərbaycanlılarını və bütün sənətçi dostlarımızı, mədəniyyət və incəsənət xadimlərini evlərindən, olduqları yerlərdən “Yallı gedək” "challenge"inə (çağırışa) qoşulmağa dəvət edir. Bildiyiniz kimi, qeyri-maddi mədəni irsin qorunması üzrə Beynəlxalq Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahı”sına daxil edilmiş, qədim köklərə malik, milli musiqi tariximizdə özünəməxsus yeri olan YALLI rəqsi – birlik və həmrəylik rəmzidir.
Əziz həmvətənlər, bir olaq - həmrəy olaq! Novruz Bayramınız Mübarək!”
Daha çox