Mədəniyyət Nazirliyindən KVN-lə bağlı - Açıqlama

MƏDƏNİYYƏT
16:30
24 Yanvar 2022
344

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi günlərdir müzakirə mövsuzudur. Onların həmin müsabiqəyə hansı xətlə qatılması da sual doğurur.

Sabah.az xəbər verir ki, Mədəniyyət Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.

Qurumdan bildirilib ki, komanda müsabiqəyə dövlət xətti ilə yollanmayıb:

“Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - nazirliyin mətbuata açıqlamasında deyilir.

Xəbər lenti