“Azərbaycanın ilk “Bahar qızı” 53 il sonra...” - Foto

MƏDƏNİYYƏT
18:00
17 Mart 2020
533

Əməkdar artist Gülüstan Əliyeva AzTV-də yayımlanan “Görüş yeri” proqramında foto paylaşıb.

Sabah.az xəbər verir ki, görüntüdə proqramın aparıcısı Kamilə Babayeva və Xalq artisti Səfurə İbrahimova yer alıb.

S.İbrahimovanın “Bahar qızı” obrazında olması diqqətdən qaçmayıb. G.Əliyeva fotoya “Azərbaycanın ilk “Bahar qızı” 53 il sonra” şərhini yazıb.

Qeyd edək ki, SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk “Bahar qızı” 29 yaşlı S.İbrahimova seçilib.

Onu da bildirək ki, Prezident təqaüdçüsü olan aktrisa indiyədək onlarla film və tamaşada rol alıb. O, 2005-ci ilədək Akademik Milli Dram Teatrında çalışıb.

Xəbər lenti