Hollivud ulduzu da koronavirusa yoluxdu
İngiltərəli məşhur aktyor İdris Elba koronavirusa (COVİD-19) yoluxub.
Sabah.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Hollivud ulduzu sosial şəbəkədə məlumat yayıb.
47 yaşlı aktyor bildirib ki, bu gün səhər koronavirusla bağlı yoxlanışdan keçib və onun analiz nəticələri pozitiv çıxıb. İ.Elba özünü yaxşı hiss etdiyini və karantində olduğunu deyib.
Qeyd olunub ki, İdris Elba əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), “Kabus yarışçı 2: İntiqam atəşi”, “Prometey” (2012) və “Tor” trilogiyası (2011, 2013, 2017) kimi filmlərdə qazanıb.
Daha çox