Yenilənmiş “Nu, poqodi!” - Video

ŞOU
13:48
22 Noyabr 2021
867

Sovet cizgi filmi “Nu, poqodi!”nin yenilənmiş versiyasının ilk treyleri təqdim olunub.

Sabah.az xəbər verir ki, “Nu, poqodi! Tətil” adlanan cizgi filminin premyerası bu ilin dekabrına planlaşdırılıb.

Animasiyadakı bir sıra məsələlər zamanın tələbinə uyğunlaşdırılıb. Məsələn, canavarın siqaret çəkmək və spirtli içki içmək vərdişləri videooyunlara aludəçiliklə əvəz olunub.

Treylerdə bir neçə yeni personaj yer alıb. Məsələn, porsuq Tim, kirpi Şu və cüyür Ulya.

“Soyuzmultfilm”in nümayəndələrinin sözlərinə görə, qəhrəmanlar sərbəst danışmayacaq, lakin bəzən “Nu, poqodi!” kimi qısa ifadələr işlədəcək.

Xəbər lenti