Şəhriyar Oksana ilə evli olduğunu etiraf etdi - Video
Rəqqasə Oksana Rəsulovanın hər kəsdən gizlətdiyi həyat yoldaşının aparıcı Şəhriyar Əbilov olduğu ortaya çıxıb.
Sabah.az xəbər verir ki, cütlük bu haqda müğənni Roza Zərgərlinin “Tam vaxtıdır” proqramında deyib.
Şəhriyar bildirib ki, bu haqda ilk və son dəfə danışır:
“Oksana ilə 15 ildir dostuq, amma heç kim bilmir sabah başına nə gələcək. “Lal yuxu” serialında aramızda hisslər yarandı. 4 ildir biz evliyik, 3 yaşında oğlum var. Hər kəs sual verir, gizlətməyək. Əsas odur ki, biz xoşbəxtik, yaradıcı insanlarıq və yaradıcı övladımız var”.
Daha çox