AzTV-də ayrılıq

MƏDƏNİYYƏT
18:50
13 Mart 2020
153

Aparıcı Hüsniyə Məhərrəmova AzTV-dən gedib.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, o, iki aydan çoxdur telekanalla yollarını ayırıb. Onun aparıcısı olduğu "1AzTV" proqramına isə Aydan Axundzadə aparıcılıq edir.

Məsələ ilə bağlı sualları cavablandıran Məhərrəmova artıq yeni bir layihədə işə başladığını bildirib:

"İki beynəlxalq layihədə yer almışam. Onlardan biri xarici şirkətlə işbirliyimdir.

Aparıcılıq hobbimdir, bundan da uzaqlaşmıram. Ona görə də bir xarici şirkətin videolayihəsində aparıcı olacam. Burada kastinqə qatıldım və seçildim. Mənimlə yanaşı başqa bir ölkədən aparıcı oğlan da olacaq".

Xəbər lenti