Tahir Salahovun qızı karantinə alındı

MƏDƏNİYYƏT
01:23
13 Mart 2020
112

Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə A.Salahova şəxsi “Facebook” hesabından paylaşım edib.

Buna səbəb onunla eyni reysdə uçan koronavirusa yoluxan sərnişin tapılması olub. O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından alınaraq xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını deyib.

Qeyd edək ki, Aydan Salahova azərbaycanlı məşhur rəssam Tahir Salahovun qızıdır.

Xəbər lenti