Tom Henks və həyat yoldaşı koronavirusa yoluxdu

MƏDƏNİYYƏT
12:47
12 Mart 2020
59

Amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa (Covid-19) yoluxublar.

Sabah.az xəbər verir ki, Henks və Uilson Elvis Preslinin həyatı haqqında film çəkmək üçün Avstraliyaya gediblər. Henks sosial media hesabında virusa yoluxduqlarıyla bağlı post paylaşıb.

"Salam, dostlar. Rita və mən Avtraliyadayıq. Özümüzü bir az yorğun və xəstə hiss edirdik. Bədənimizdə bəzi ağrılar da var idi. Rita yüngül qızqırma səbəbindən ara-sıra titrəyirdi. Daha sonra koronavirus testini etdik və cavablarımız müsbət çıxdı".

Henks vəziyyətləri ilə bağlı məlumatlar bölüşəcəyini bildirib.

Xəbər lenti