Əməkdar artist dünyasını dəyişdi

MƏDƏNİYYƏT
09:46
12 Mart 2020
71

Əməkdar artist Adil Zeynalov dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə aktyor-rejissorun qardaşı oğlu Sabir Zeynallı məlumat yayıb.

O, 60 yaşlı A.Zeynalovun bu gün vəfat etdiyini bildirib.

Qeyd edək ki, Lənkəranın mədəni-ictimai həyatında fəal iştirak edən A.Zeynalov 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb. 20-ə yaxın obraz canlandıran aktyor 15-ə yaxın tamaşanın rejissoru olub, bir teleserial və 4 tammetrajlı filmdə çəkilib.

Xəbər lenti