Hollivudun məşhur prodüserinə 23 il həbs cəzası verildi
Hollivudun tanınmış prodüseri Harvi Vaynşteynə hökm oxunub.
Sabah.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Nyu-York məhkəməsi təcavüz və cinsi zorakılıqda ittiham olunan 67 yaşlı amerikalıya 23 il həbs cəzası verilib.
Qeyd edək ki, bir çox məşhurlar Harvi Vaynşteyn cinsi zorakılıqda ittiham edib. Prodüserin əməlindən zərər çəkmiş şəxslərin 30-dan çox aktrisa və iş yoldaşları olduğu deyilir. Qalmaqal böyüdükdən sonra Vaynşteyn öz şirkətindən də qovulub.
Daha çox