Zeynəb Xanlarovanın da konsert tarixi dəyişdi

MƏDƏNİYYƏT
16:58
11 Mart 2020
70

Xalq artisti Zeynəb Xanlarovanın solo konsertinin tarixində dəyişiklik olub.

Sabah.az xəbər verir ki, 18 martda Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konsert proqramı mayın 3-də baş tutacaq.

Təşkilatçıların məlumatına görə, konsertdə 3000-dən çox tamaşaçının iştirak edəcəyi nəzərə alınaraq, Azərbaycanda və dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq belə bir addım atılıb.

Xəbər lenti