"Spartak" öldü

MƏDƏNİYYƏT
11:59
6 Fevral 2020
105

Məşhur amerikalı aktyor Kirk Duqlas 103 yaşında vəfat edib.

Sabah.az xəbər verir ki, aktyorun oğlu Maykl Duqlas İnstaqram hesabından atasının öldüyünü açıqlayıb. "Qardaşlarım və mən Kirk Duqlasın bu gün 103 yaşında aramızdan ayrıldığını böyük bir kədərlə bildiririk."- deyə qeyd edib.

Hollivudun ən məşhur aktyorlarından biri olan Kirk Duqlas "Spartak", "Vikinqlər", "Dənizin altında 20.000 sızıntıda" və "Çempion" kimi filmlərlə tanınıb. Duqlas 1996-cı ildə "Oskar" mükafatına layiq görülüb.

Xəbər lenti