“Lider” TV-nin yayımı dayandırıldı - Video

MƏDƏNİYYƏT
00:37
11 Mart 2020
168

Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, bir az öncə telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.

Qeyd edək ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.

Saat 22:01-də “Gecənin sehrində” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.

Əlavə edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.

Xəbər lenti