Humay Qədimovanı qarət edən şəxs saxlanıldı

ŞOU
19:47
10 Mart 2020
112

Yanvarın 12-i günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində “Toyota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla tarzən Humay Qədimovaya məxsus içərisində 3500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin müraciət üzrə Bakı ŞBPİ Cinayət-Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət-Axtarış Şöbəsi, 9-cu Polis Bölməsi və Neftçala Rayon Polis Şöbəsinin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan olan 1993-cü il təvəllüdülü Nurəddin Qarayev saxlanılaraq instintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyən olunub ki, o, fevralın 11-də Xətai rayonu, Telnov küçəsində “Toyota” markalı avtomobildən eyni usulla 1200 manat dəyərində noutbuku oğurlayıb.

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti