MakSim süni nəfəs aparatına qoşuldu

ŞOU
17:52
19 İyun 2021
1231

Müğənni Marina Sergeevna Abrosimova (MakSim) süni nəfəs aparatına qoşulub.

Sabah.az xəbər verir ki, bu barədə müğənnin sözçüsü "Ria Novosti"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, koronavirus testinin nəticələri mənfi çıxan müğənniyə sətəlcəm diaqnozu qoyulub: "Qanda oksigenin miqdarı çox azdır, əlavə oksigenə heç bir reaksiya vermədi, ciyərləri təmizlənmədi və buna görə həkim onu süni komaya salmağa qərar verdi".

O, MakSimin bir neçə gün komada qalacağını əlavə edib.

Xəbər lenti