Azərbaycan koronavirusa görə festivaldan imtina etdi

MƏDƏNİYYƏT
18:50
9 Mart 2020
86

Koronavirus (COVID-19) təhlükəsinə görə Azərbaycandan olan tələbələr "QİTİS-Master Klass 2020" MDB ölkələrinin Teatr festivalında iştirak etməyəcək.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan martın 14-dən 19-dək  Moskvada keçirilməsi planlaşdırılan MDB ölkələri teatr festivalında iştirakdan imtina edib.

Qeyd edək ki, Azərbaycan bu festivalda İncəsənət və Mədəniyyət Universiteti təmsil olunacaqdı. Universitetin tələbələri sayca üçüncüsü keçirilən festivalda Sofoklun qədim yunan faciəsi olan "Çar Edip" tamaşasını oynayacaqdılar.

Xatırladaq ki, "QİTİS-Master Klass 2020" MDB ölkələrinin Teatr festivalı Rusiyanın Teatr İncəsənəti İnstitutu və MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Xəbər lenti