Bu kanalların da fəaliyyəti dayandırıldı

MƏDƏNİYYƏT
15:39
24 May 2021
643

Xəbər verdiyimiz kimi, bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Sabah.az-ın məlumatına görə, iclasda Lider TV-dən başqa digər üç kanalın fəaliyyətinin dayandırılması barədə qərar verilib.

Belə ki, tədbirdə “Kaspi Global” MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini, “Mingəçevir” Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və “Alternativ Tele-Radio” MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti