Tahir Salahov dəfn olundu - Fotolar

MƏDƏNİYYƏT
13:23
24 May 2021
596

Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İçərişəhərdə yerləşən “Art Galleri”dəki mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Daha sonra Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub.

Mədəniyyət naziri Anar Kərimov da dəfn mərasimində iştirak edib.

Xatırladaq ki, o, mayın 21-də Almaniyada, müalicə olunduğu xəstəxanada vəfat edib.

Xəbər lenti