Qorxmaz Qurbanov vəfat etdi

MƏDƏNİYYƏT
16:59
21 May 2021
93

Əməkdar artist Qorxmaz Ağababaoğlu Qurbanov vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, qocaman rəqqas ötən gün həyatını itirib.

Xatırladaq ki, Qorxmaz Qurbanov 18 iyul 1940-cı ildə anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub.

Q.Qurbanov Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb. O,Dövlət Mahnı Teatrında, Dağıstan Dövlət "Ləzginka" rəqs ansamblında da uğurla çalışıb.

Qorxmaz Qurbanov Ə.Abdullayevin quruluşlarında "Yallı-Zorxana", "Bulaq başında", "Şəki", "Çobanlar", "Bənövşə", "Ceyran", "Qarabağ maralı", "Nazeləmə", "Lənkəran" rəqslərində, "Azərbaycan" "Qələbə", "Xalqlar dostluğu", "Bayram", "Neftçilər" suitalarında solist kimi cıxış edib.

O, Azərbaycan rəqs sənətinin inkişafındakı xidmətlərinə görə 1967-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Xəbər lenti