Dünyanın ən yaşlı aktyoru vəfat etdi

MƏDƏNİYYƏT
10:31
12 May 2021
93

Amerikalı aktyor Norman Lloyd 106 yaşında Los Ancelesdəki evində vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə "Variety" jurnalı prodüseri Din Harqrouva istinadən bildirib.

"Oldest.org" saytının məlumatına görə, Lloyd sənayenin ən yaşlı aktyoru idi.

“Variety” qeyd edir ki, aktyor ömrünün son günlərinə qədər müxtəlif müsabiqələr, festivallar və şouların münsiflər heyətinin tərkibində iştirak edib.

“Diversant” filmindəki rolu ilə məşhurlaşan N.Lloyd karyerası dövründə bir çox ekran işində yer alıb.

Xəbər lenti