Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat etdi

MƏDƏNİYYƏT
14:18
11 May 2021
91

Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib.

Sabah.az-ın məlumatına görə, rəssam bu gün müalicə aldığı Nazilli Dövlət Xəstəxanasında 60 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib. Rəssam uzun illər İtaliyada yaşayıb. Onun əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə sərgilənib.

Xəbər lenti