Koronavirusa görə “Eurovision”da problemlər başladı

MƏDƏNİYYƏT
23:27
6 Mart 2020
76

"Eurovision" müsabiqəsinin təşkilatçıları olan Avropa yayım birliyinin nümayəndələri yarışmaya qatılacaq ölkələrin iştirakçıları ilə görüşə bilməyəcək.

Sabah.az xəbər verir ki, təşkilat həmkarlarının birində koronavirus aşkar edildikdən sonra onlara səyahət etməyi qadağan edib.

İsveç və İsraildən olan nümayəndələrin də martın 9-da Niderlandın Rotterdam şəhərində nəzərdə tutulan görüşdən imtina etdikləri bildirilib.

İsrailin Səhiyyə Nazirliyi də iştirakçıların müsabiqəyə göndərilməməsini tövsiyə edib.

Qeyd edək ki, şüarı “Open up!” ("Açıl!") olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da keçirilməsi planlaşdırılıb.

Xəbər lenti