Musa Yaqub dəfn olundu - Fotolar

MƏDƏNİYYƏT
12:45
8 May 2021
234

Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, o, İsmayıllı rayonunun Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə şairin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Seyran Səxavət, şair Maarif Soltan, deputat Tahir Kərimli, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Parkinson xəstəliyindən əziyyət çəkən M.Yaqub mayın 7-də vəfat edib.

Xəbər lenti