Musa Yaqub vəfat etdi

MƏDƏNİYYƏT
15:42
7 May 2021
109

Xalq şairi Musa Yaqub vəfat edib.

Sabah.az xəbər verir ki, bu haqda Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat yayıb.

O, bu gecə 84 yaşında dünyasını dəyişib.

Xalq şairi İsmayıllının Buynuz kəndində həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, M.Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Buynuz kənd 8 illik məktəbinin müdiri, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb, "Zəhmətkeş" qəzetinin redaktoru olub. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri vəzifəsini icra edib.

Xəbər lenti