Arif Quliyev dəfn olundu - Fotolar

MƏDƏNİYYƏT
13:39
7 May 2021
113

Xalq artisti Arif Quliyev dəfn olunub.

Aktyor "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Mərhumu son mənzilə yola salanlar arasında ailə üzvləri, yaxınları və sənət dostları yer alıblar.

Qeyd edək ki, A.Quliyev koronavirus infeksiyasına yoluxmuşdu. Xəstəxanaya yerləşdirilən aktyorun ağ ciyərinin 90 faizi zədələnmişdi. O, gecə 71 yaşında dünyasını dəyişib.

Sabah.az Axşam.az-a istinadən fotoları təqdim edir: