Koronavirusa görə məşhur cütlüyün toyu təxirə düşdü
Ötən gün övladları olacaqlarının xəbərini yayan məşhur cütlük – müğənni Keti Perri və aktyor Orlando Blumun toyları ertələnib.
Sabah.az xəbər verir ki, buna səbəb isə bütün dünyada yayılan koronavirusdur. Yaponiyada keçirilməsi planlaşdırılan və 150 nəfər qonağın dəvət edildiyi məclis yeni tarixi isə bəlli deyil.
“People” dərgisi toyun ABŞ-da keçirilə biləcəyini qeyd edib.
Qeyd edək ki, K.Perri 2016-cı ildə tanış olduğu aktyordan beş aylıq hamilə olduğunu söyləyib.
Daha çox