Aslan Hüseynov vəfat etdi - Yenilənib

MƏDƏNİYYƏT
14:12
4 May 2021
161

Müğənni Aslan Hüseynov vəfat edib.

Sabah.az Baku TV-yə istinadən xəbər verir ki, onun yol-nəqliyyat hadisəsi zamanı öldüyü deyilir.

Qəza zamanı 55 yaşlı ifaçının yanında olan sərnişinin də vəfat etdiyi bildirilir.

Qeyd edək ki, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

***

Baş Dövlət Yol Polisi İdarəsindən Sabah.az-a Aslan Hüseynovun qəzada vəfat etdiyi təsdiqlənib.

İdarədən bildirilib ki, hadisə Bakı-Qazax yolunun 60 kilometrliyində baş verib. BMW markalı avtomobillə “Kamaz” markalı avtomobil toqquşub, hadisə nəticəsində müəğənni Aslan Hüsyenov vəfat edib.

Xəbər lenti