Anar Kərimov onları vəzifəyə gətirdi

MƏDƏNİYYƏT
12:45
3 May 2021
233

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları baş tutub.

Nazirlikdən Sabah.az-a verilən məlumata görə, nazir Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

Bəxtiyar Qılıncov 2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.

A.Kərimovun digər əmrinə əsasən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub.

Ş.Şahbazov əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Xəbər lenti