Sərdar Əvəzoğlu koronavirusdan vəfat etdi
Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu vəfat edib.
Sabah.az xəbər verir ki, bu haqda xanəndənin yaxınları məlumat yayıb.
Bildirilib ki, S.Əvəzoğlu koronavirusa yoluxub. Müalicə almağına baxmayaraq həkimlər ifaçını xilas edə bilməyiblər.
Qeyd edək ki, Sərdar Əvəzoğlu 1959-cu ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Xalq musiqisinə olan marağı, qeyri-adi istedadı sayəsində Sərdar Əvəzoğlu muğam sənətinin incəliklərinə yiyələnib. Azərbaycan səhnəsində özünəməxsus yeri qazanıb.
Daha çox