Sidqi Mustafayevin ikinci qızı və qayınanası da COVID-19-dan vəfat etdi

MƏDƏNİYYƏT
16:03
24 Aprel 2021
160

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev, xanımı Fəridə və qızı Təravət bir müddət əvvəl koronovirus infeksiyasından vəfat edib.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, tarzənin digər qızı Hökümə də bu gün COVID-19-dan dünyasını dəyişib. Bu haqda ailənin yaxınları məlumat verib. Bildirilib ki, Hökümə ilə yanaşı bu gün onun qayınanası Səriyyə xanım da virusdan vəfat edib.

Hökümə ailəlidir, onun iki qız, bir oğul övladı var.

Xəbər lenti