Mədəniyyət naziri koronavirusa yoluxdu

MƏDƏNİYYƏT
13:50
21 Aprel 2021
163

Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Sabah.az-a Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd olunub ki, ondan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşları da qaydalara uyğun olaraq karantinə alınıb və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirir.

Xəbər lenti