Ramiq Muxtar vəfat etdi
10:30
21 Aprel 2021
81Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Ramiq Muxtar dünyasını dəyişib.
Sabah.az xəbər verir ki, bu barədə şairin həmkarları, yaxın dostları sosial şəbəkələrdə paylaşım edərək mərhumun ailəsinə başsağlığı veriblər.
78 yaşlı R.Muxtarın ötən gün vəfat etdiyi qeyd olunub.
Xatırladaq ki, R.Muxtar 1984-1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru olub. O, dünyasını dəyişənədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində çalışıb.
Daha çox