“Agent 007” də koronavirusa “ilişdi”

ŞOU
00:34
6 Mart 2020
103

Aprelin 3-də baş tutacağı planlaşdırılan “Agent 007”nin "Ölmək vaxtı deyil" adlı yeni filminin premyera tarixi koronavirusa görə dəyişdirilib.

Sabah.az xəbər verir ki, bir neçə gün əvvəl Ceyms Bond pərəstişkarları yayılan virusa görə təqdimat tarixinin dəyişdirilməsini xahiş etmişdilər.

Bu gün isə məlum olub ki, premyera noyabrın 25-də reallaşacaq.

Qeyd edək ki, bu Ceyms Bonda haqqında çəkilən sayca 25-ci filmdir. Ekran işinin rejissoru Kari Fukunaqa, baş rol aktyoru isə Deniel Kreyqdir.

Xəbər lenti