“Məni döyən, küncdə saxlayan anam olub”

ŞOU
20:28
5 Mart 2020
382

"Atam heç vaxt mənə əl qaldırmayıb. Məni döyən, küncdə saxlayan anam olub. Atam hər zaman arxamda dayanıb, müdafiə edib".

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad deyib. "Gəl qonaq ol" proqramı Dadaşovanın bağ evində çəkiliş edib. Ailəsi ilə kamera qarşısına keçən xanım müğənni oğlundan bəhs edib.

İfaçının "Uşaq vaxtı Cahada deyirdim, səni mən doğmuşam. Cavab verirdi ki, yox, məni atam doğub" sözlərinə Cahad "Hələ də elə düşnürəm" cavabını verib.

Cahad daha sonra qidalanmağından danışıb. O, hər 20 saatdan bir yemək yediyini söyləyib.

Xəbər lenti