Rəmiş son mənzilə yola salındı - Fotolar+Yenilənib

MƏDƏNİYYƏT
12:11
6 Aprel 2021
127

Ötən gün dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynov (Rəmiş) son mənzilə yola salınır.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhum gitaraçının nəşi müalicə olunduğu 1 saylı Kliniki Mərkəzdən götürülüb. Dəfn edilmək üçün Yasamal (“Qurd qapısı”) qəbiristanlığına aparılır.

Pandemiya qaydalarına əsasən, onunla vida mərasimi keçirilmir. Yalnız bir neçə sənət dostu və ailə üzvü mərhumu son mənzilə yola salır.

***

Rəmiş Yasamal (“Qurd qapısı”) qəbiristanlığında torpağa tapşırılıb. 

Xəbər lenti